
25.11.2025
Sumqayıt Şəhərinin Tarixi Muzeyində "Korrupsiya ilə mübarizə" mövzusunda dəyirmi masa ətrafında maarifləndirici tədbir keçirildi.
İştirakçılar “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.
Tədbirdə müstəqil hüquqşünas Ədalət Əroğlu, Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinin IV kurs tələbələri və muzeyin əməkdaşları iştirak ediblər.